Düzəyrəmdə seçicilərin adı siyahıda çıxmadı

22.10.2017 142 | ავტორი: huseyn huseynov

2 seçgi məntəqəsi yerləşən Düzəyrəmdə 14 nəfərin adı siyahıda tapılmadı. Bizə verilən məlumatlara əsasən Düzəyrəmdə 2339 seçici var. Ancaq bu seçicilərdən 14 nəfərin məntəqəyə gəlməsinə baxmayaraq səs verməsi mümkün olmadı. Ilk seçgi həyəcanını yaşamaq istəyən Kənan Əliyevin adı da siyahada tapılmadı. Kənan bəy bildirir ki: mən 18 yaşındayam və bu il ilk dəfə səs vermək məqsədilə seçki məntəqəsinə üz tutdum. Mənə seçkiyə çağırış gəlmədiyi üçün adımı axtarmaq üçün siyahı yerləşən lövhəyə yaxınlaşdım ancaq, adımı siyahıda tapa bilmədim və buna görə də heç bir siyasi partiyaya səs verməyim mümkün olmadı.

Huseyn Huseynov