Tibb universiteti hazırlıq kursunun keyfiyyəti [Audio]

28.10.2017 136 | ავტორი: Tozu Gulmamedova

Kənan Əliyevin aparıcılığında tələbə günlüyü verlişinin qonaqları Tibb universiteti hazırlıq kursu tələbələri Hüseyn Hüseynov və İmadəddin Niyazovdur. Verlişin mövzusu Tibb universiteti hazırlıq kursunun keyfiyyətidir. Verlişdə tibb sahəsinin icmada populyarlığının səbəbləri haqqında danışıldı. Gənclərin fikrincə “İcmada fikir formalaşıb ki, yüksək bal toplayanlar tibb oxumalıdır.” Tələbələr verlişdə hazırlıq kursunun gürcü dili öyrətmək metodundan geniş danışdılar. Hüseyn Hüseynovun fikrincə “Hazırlıq kursu gürcü dilində öyrətməklə yanaşı tələbələrin şəhər mühitinə inteqrasiya olmasına da imkan yaradır”. Gənclər hazırlıq kursunun verdiyi təhsildən çox razı qalmasalar da İmadəddin tələbələr özləri çox çalışarsa birinci kursa tam hazırlanacağını bildirdi.