Yeni nəsil imamlar və onların gətirdiyi yeni baxışlar [Audio]

26.11.2017 126 | ავტორი: Tozu Gulmamedova

Tozu Gülmamedovanın aparıcılığında verlişin qonaqları Ləmbəli kənd məscidi imamı Musa Səfərov və Qazlar kənd məscidi imamı Elmar Əliyevdir. Verlişin mövzusu yeni nəsil imamaların kəndlərə gətirdiyi yeni qaydalar, baxışlardır.

Musa Səfərov 25 yaşı var, üç ildir məscitdə imamlıq edir.
-” Mən kəndə gələndə bir sıra köhnəlmiş qaydaları dəyişdirməyə cəhd elədim. Bunlardan ilki yas süfrələri idi. Biz yas mərasiminə insanların acısını paylaşmağa gedirik amma ev sahibi gələnləri qonaq kimi gördüyü üçün öz acısını unudub süfrə barəsində düşünür. Əvvələr yas yerində halva, dovğa kimi bəsit yeməklər bişirilib kasıb ailələrlə, yetim uşaqlara paylanardı. İkinci məsələ isə məscidlər çox bəzəkli idi. Peyğəmbər əfəndimizin vaxtında məscidlər sadə imiş.”

Elmar Əliyev 22 yaşı var və üç ildir imamlıq edir.
-“Bizim bəzi müsəlmanlar din və adəti bir-birinə səhv salırlar. Buna görə də bizim vəzifəsə gəldikdə bir çox probləmlərlə qarşılaşdıq. Məsələn bizdən əvvəl quran oxuyarkən qiymət kəsilərdi. Biz bunları dəyişdirməyə çalışırıq.”