Qaraçöp Ağsaqqallar şurası [Audio]

05.12.2017 38 | ავტორი: Tozu Gulmamedova

Əfqan Yolçuyevin aparıcılığında adət-ənənə verlişinin qonağı Ağsaqqallar şurası yeddi kənd rəhbəri və keçmiş Ləmbəli məktəbi direktoru Ağabalı Xeyirxəbərovdur. Agabalı müəllim illərdir fəaliyyət göstərən şura və onun fəaliyyəti haqqında məlumat verdi.

-“Ağsaqqal sözü ibtidai icma dövründə icma başçısı mənasını daşıyıb. Gürcüstanda ilk dəfə İsaq Novruzovun təşəbbüsü ilə yaranıb. Artıq iki ildir rəsmi şəkildə qeydiyyatdan keçib. Şuraya yeddi kənd səs çoxluğu ilə sədr mən seçilmişəm. Biz qanun çərçivəsində küsülüləri barışdırırıq, ailə içi münaqişələri həll edirik, boşanan ailələri barışdırırıq, erkən evliliyə qarşı təbliğatlar keçiririk, yeri gələndə dövlətlə xalq arasında olan problemlərə əl atırıq.
Yaxın gələcəkdə biz gənclərlə işləməyi planlayırıq. Gənc nəsillə yaşlı nəsil arasındakı vəhdət qırılıb, biz bu birliyi bərpa etməyə çalışacağıq.”