Riyaziyyat sahəsi [Audio]

10.12.2017 41 | ავტორი: Tozu Gulmamedova

Kənan Əliyevin aparıcılığında Tələbə gündəliyi verlişinin qonağı Gürücstanın Texniki Universitetinin riyaziyyat tələbəsi Cahangir İsmayılovdur. Riyaziyyat bölümündə təhsil alan qonağımız öz fakulteti haqqında məlumat verdi.

– “Birinci kurslarda terminlərdə çox çətinlik çəkdim. Bu sahəyi bitirənlərin işlə təmin olunmaq imkanı genişdir. Əsas hansı istiqamətdə özünü inkişaf etdirmək istədiyini biləsən. Bakalavr səviyyəsini bitirdikdən sonra bir illik kursu keçdikdən sonra bizə Baş Müəllim statusu verilir. Eyni zamanda iqtisadiyyat sahəsində işləmək olar.
Mənim öz planım bakalvrı bitirib daha sonra magistratura bitirmək istəyirəm. Bundan əlavə sertfikat imtahanını vermək istəyirəm.
Bu sahəyə maraq göstərən tələbələr tövsiyyəm odur ki, dəqiq fənlərə diqqət etsinlər və dövlət dilini öyrənsinlər. İnteqrasiyanın ilk şərti gürcü dilidir. Fakultet seçərkən diqqətli olsunlar, təsadufi seçməsinlər araştırsınlar bizlərdən məlumat alsınlar yeri gəldiyində Tbilisiyə, universitetlərə gəlsinlər.”