Arıçılıq [Audio]

25.12.2017 160 | ავტორი: Tozu Gulmamedova

Əfqan Yolçuyevin aparıcılığında adət ənənə verlişinin qonağı Əsəbələ müəllimdir. Qonağımız arıçılıq haqqında dinləyicilərimizə məlumat verir.

-“Arıçılıq son zamanlarda bizim eldə geniş yayılıb. Arıyla rəftarın xüsusi qaydaları vardır. Arı təmizliyi sevir, onlarla məşğul olarkən təmiz, ağ paltar geyinmək lazımdır. Əvvəl təbiət şəraitləri çox uyğun idi, İori çayı ətrafı ərazilər çox verimli idi. İndi isə hamı öz məhsulunu qorumaq üçün kimyəvi dərmanlardan istifadə edir, hansıki arıların nəslini kəsir. Biz arıdan məhsul almaq üçün gərək onu kəntdən kənara çıxaraq.

Arının yaşam tərzi insanlara bənzəyir. Yeşikdə çoxluq olarsa onlar yeşiyi tərk edir. Balın rəngi arının qidalandığı məhsulun rəngindən aslıdır. Arıya şəkər tozu vermək olmaz, onlar qışda öz balı ilə qidalanmalıdır.”