Dünya Radio günü və İvrisinin İor-muğanlının inkişafında rolu

13.02.2018 659 | ავტორი: Tozu Gulmamedova

UNESKO-nun qərarı ilə, 2011-ci ildən etibarən fevral ayının 13-ü dünyada Radio günü kimi qeyd edilir. Təklifi İspaniya irəli sürdü və UNESKO-nun 36-cı konfransında qəbul olundu. Bu günü qeyd etmənin məqsədi, media vasitəsi radioya hörmət göstərməkdir.

Bu gün Gürcüstanda 33 ədəd radio stansiyası var, qalanları isə internet vasitəsi ilə yayınlanır. Bunlardan biridə Radio İvrisdir, hansıki FM dalğasına çıxmaq üçün lisenziya gözləyir. İvrisi azərbaycan və  gürcü dilində fəaliyyət göstərir.

“Radio bizə məlumat alarkən vaxta qənaət etməyə imkan verir. Bu xüsusiyətinə görə radio  digər  mediavastələrindən fərqlənir.  Radio İvrisi 2016-cı ildə yarandı, amma o bu günə kimi internet vasitəsi ilə dinləyicilərinə məlumat ötürə bilir. FM dalğasına çıxmaq üçün lisenziya tələbi hələki verilməyib. Söhbət İvrisidən gedirsə deyə bilərəmki o, tək radio deyi. Radio icma xalqının aktivliyinin artması üçün bir məkandır. Orada treninglər, kəndin problemləri haqqında görüşlər keçirilir. İcma  xalqı səbirsizliklə radionun FM  dalğasına çıxmasını gözləyir.”

İor-muğanlıda radionun əhəmiyyəti haqqında İvrisi jurnalistləri də öz fikirlərini bildirdilər.

Tozu Gülmamedova; Radio icmada xalqın mediaya baxışını  dəyişdirdi. Artıq xalq bilir ki, onların səsi olacaq radio var və hüquqları pozulduğu anda tək deyillər.

Kənan Əliyev; İvrisi vasitəsi ilə icma xalqı daha çox məlumat ala bilir.  Çox adam bizə bu radionun fəaliyyəti üçün təşəkkür edir, ən çoxda gənclər.

Radio İvrisinin qurulması üçün ilk təşəbbüsü Spektri qəzeti ilə tanınan, qeyri-hökümət orqanizasyasi Mecenatiyə aitdir. Layihəyinin maaliyə dəstəyini “Açıq Cəmiyyət Gürcüstan” fondu eləyir. Layihə 2016-cı ilin oktyabr ayında başladı. Radio lisenziya almaq üçün Gürücstanın Tənzimləyici Komisyasına 2015-ci ilin dekabr ayında müraciət etdi. Əgər orqanizasiya mürciətə müsbət cavab versə, yaxın zamanda İor-muğanlı icmasında FM dalğasında yayınlanacaq.

Mənbə; speqtri.ge

Tərcümə; Tozu Gülmamedova