İvrisidə məktəb uşaqlarını məlumatlandırma treningi keçirildi [Audio]

14.02.2018 487 | ავტორი: Tozu Gulmamedova
 Kənan Əliyevin aparıcılığnda verlişin qonağı Düzəyrəm məktəbi şagirdləri Ayşə Eyyubova və Fərid Ayvazovdur. Verlişin mövzusu Jurnalistlər Birliyi Mecenatinin İor-muğanlı icmasında keçirtdiyi Azərbaycanlı Gənclərin Məlumatlandırılması və Aktivləşdiriləməsi layihəsidir.
Ayşə Eyyubova “Uşaqlıqadan jurnalistikaya həvəsim olduğu üçün burada daha çox məlumat almaq istəyirəm. Biz burada eyni zamanda öz hüquqlarımızı öyrənirik. Əvvələr sosial şəbəkə deyəndə qorxurdum, burada sosail şəbəkələri doğru istifadə etməyi və təhlükəsizlik qaydalarını öyrəndim. Artıq bizi narahat edənləri haraya bildirməli olduğumu öyrəndim.
Mən özüm  bu sahədə olsaydım qadın hüquqları haqqında trening keçirərdim. Bizim qadınların  səsverməyə getməyə haqqları yoxdur.  Bu sahədə işlənməli olduğunu düşünürəm.”
Fərid Ayvazov “Layihədə iştirak etməyi gürcü dilini daha yaxşılaşdırmaq üçün istəyirəm.  Bizim vəzifəmiz burada öyrəndiklərimizi gəlmək imkanı olmayanlara çatdırmalıyıq.”