Stomatologiya sahəsi [Audio]

18.02.2018 413 | ავტორი: Tozu Gulmamedova

Kənan Əliyevin aparıcılığında tələbə gündəliyi verlişinin qonağı Tbilisi Dövlət Universiteti tələbəsi Zahir Məmmədovdur. Stomotologiya beşinci kurs tələbəsi olan qonağımız, fakulteti haqqında dinləyicilərimizə məlumat verdi.
-“ Stamatologiya diş, diş əti, ağız boşluğu qurluşu və xəstəliklərini , onların müaləcəsini öyrənir. Tibb və Stomotologiya birinci kurs eyni fənlər olur, ikinci kursda artıq fənlər dəyişilir. Bu sahəyi hamı başqa məqsədlər üçün seçir, artıq bu sahəyə tələbat artıbdır.
Dil bilməmək çox çətinlik yaradır. Bu sahədə irəliləmək üçün Gürcüstanda və xaricdə keçirilən konqreslərə, praktikaya getməlidir.
Bu bölümün məzunlarının əksəriyyəti şəxsi klinikasını açır və ya başqasının klinikasında müəyyən faiz qarşılığında işləyir.
Bu sahəyə gəlmək istəyənlərə ən əsası gürcü dilini, kimya və bilogiya fənlərini yaxşı öyrənmələrini tövsiyyə edirəm. ”