Novruz bayramı qeyd edilməlidirmi? [Audio]

20.03.2018 488 | ავტორი: Tozu Gulmamedova

Tozu Gülmamedovanın aparıcılığında verlişin qonağı coğrafiya müəllimi Fərhat Əlləzovdur. Qonağımız verliş ərzində novruz bayramının yarnama tarixi və bayramı bu gün qeyd etməli olub-olmadığı haqda danışacaq.

-“Hər bayramı milliləşdirmək olmaz. İqlimlə əlaqəli bayramı milli bayram kimi keçirtmək olmaz. Artıq zamanə dəyişib, bu bayram 40-50 il öncə özünü göstərirdi. O vaxtlar evdə olan  peçlər götürülürdü, ağaclar çiçəkləyirdi indi  isə  hələ havalar isınmayıb. indi demək olarki qış və yay iki fəsil yaşayırıq.

Məsələn su çərşənbəsi olanda analarımız çayın qırağında paltar yuyurdular. İndi təbiət apreldə oyanır. Səməni yaşıllıq, bərəkət simvolu idi, indi səməni sobanın yanında bitirilməli olur.Bu bayram müsəlman aləmində yoxdur. ”