Gürcüstanda 2017-ci ildə 835 azyaşlı qız ana olub

12.04.2018 689 | ავტორი: Tozu Gulmamedova

Xalq müdafiçisinin hesabatına görə Gürcüstanda erkən evlilik problem olaraq qalmağa davam edir.  2017-ci ildə məcburi evliliyin 6 faktı və azadlığın qanunsuz məhdudlaşdırılması 41 faktı aşkarlandı. 75 yeniyetmə məktəbdə təhsil  almağı dayandırıb və 835 azyaşlı qız ana olub.

Hesabata əsasən , tədqiqatların analizi göstərir ki, ümumi təhsil müəssələri, hüquq mühafizə orqanları və sosial xidmət agentliyi erken evlilik mövzusunda zəif işləyir. Sosial agentliyin göstəricisinə əsasən 2017-ci ildə 98 erkən evlilik qeyd olunub.

Xalq müdafiəçisinin hesabatında erken evliliklə yanaşı qızların erken yaşda nişanlanması  da qeyd olunur. Evliliyə məcbur etmək bəndi ilə 6 iş başladıldı,  5 iş dayandırılıdı məhkəmə isə bu haqda heç bir işə baxmayıb.

mənbə; ombudsman.ge