İormuğanlıda Məbəs və Merac bayramı birlikdə qeyd  olundu [Audio]

14.04.2018 458 | ავტორი: Tozu Gulmamedova

Bu gün Ümumi Gürcüstan Müsəlmanlar İdarəsinin təşkilatçılığı ilə İormuğanlıda Məbəs  və Merac bayramı birlikdə keçirildi. Mərasimdə Ümumi Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Ramin İgidov, Yasin  Əliyev,  Sagareco rayonun meri Qiorqi Erboconaşvili,Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan nümayəndəsi Ayvaz Mərdənov, Ağsaqqallar Şurasının sədri  İsaq Novruzov, Qaraçöp Ağsaqqallar  Şurasının sədri Ağabalı Xeyirxəbərov və yerli hakimiyyətin nümayəndələri iştirak etdi. Tədbirdə çıxış edən mer  icma xalqının bayramını təbrik etdi və xalqa onu dəstəklədiyi  üçün təşəkkür etdi.

Ümumi Gürcüstan Müsəlmanlar İdarəsinin Şərqi Gürcüstan müftüsü Yasin Əliyev Merac bayramının əhəmiyyəti haqqında məlumat verdi.

-“Merac yəni peyğəmbərimizin (s.a.v)  ucalar-ucası Allahımızın dərgahına yüksəldiyi gündür. Həmin gün Allah peyğəmbərimizi (s.a.v) Məkkədən Məscidi-Aksaya yəni Kəbədən Fələstindəki məscidə götürmüşdür, Cəbrayıl əlehissalamın gedə bilməyəcəyi  yerə peyğəmbərimiz(s.a.v)  yüksəlmişdir. Rəbbimiz həmin gecə peyğəmbər əlehissalama ümməti üçün əsas məsələ haqqında tapşırıq vermişdir. Bunlardan birincisi Allaha şirk qoşmamaq , beş dəfə namaz qılmaq və bəqərə surasəninin son iki ayəsi haqqında məlumat verir.”

Məclisdə çıxış edən Şeyx Ramin İgidov bildirdi ki, biz dünyada ilk olaraq iki  fərqli məzhəbin bayramını birlikdə qeyd edirik.

-“Bu günləri  İslam  Aləmində iki ayrı mühüm hadisə baş verib. Bu bayramlar hər  iki  məzhəb tərəfindən  qeyd edilmir. Bir məzhəb üçün Məbəs, peyğəmbərinimizin (s.a.v) peyğəmbərliyə yetişdiyi gün  digər məzhəb üçün Merac yəni peyğəmbərimizin meraca yüksəldiyi gündür. Gürcüstanda məzhəblər arasında heç bir problem yoxdur, ölkədə bütün müsəlmanlar islam bayrağı altında birləşmişdir. Buna görə də, biz istədik ki, buna örnək olaraq iki bayramı birlikdə qeyd edək. Mən insanların simasında  sevinç, məmnunluq gördüm, bu onu göstərir ki, xalq bütün müsəlmanların  bir yerdə olmasının tərəfdarıdır.”

Tədbirdə çıxış edən Ayvaz Mərdanov bu Gürcüstan dövlətinə bu növ ayinlərin keçirilməsinə dəstək olduğuna görə təşəkkür etdi.

-“Mən bu icmanın bir fərdi  olaraq iki fəqrli bayramın bir yerdə keçirilməsinə çox sevindim. İnşallah gələcəkdə də bu cür  işlər davam edər. Biz bu icmada iki fərqli məzhəb məhərrəmlik başqa dini ayinləri birlikdə keçirik. Mən dövlətimizə təşəkkür edirəm, dünyanın çox az ölkəsində dövlət din xadimlərinə bu cür qayğı göstərir.  Bu gün yerli idarətmənin nümayəndələri bu bayramı bizimlə qeyd etdi.”