Carçıya öyrət layihəsi çərçivəsində İormuağanlı icma xalqıyla görüş keçirildi

15.04.2018 285 | ავტორი: Tozu Gulmamedova
  1. Bu gün Kaçretidə Carçıya  öyrət layihəsi çərçivəsində İormuğanlı icması  xalqı ilə görüş keçirildi. Tədbirdə ilk  olaraq Levan Mikeladze adına  fondun icraçı direktoru Arçil Qeqişidze çıxış edib, xalqı  salamladı.

Görüşdə İnkişaf və Demokratiya Mərkəzi, İdarəçilik sədri Mixeil Mirziaşvili Gürcüstan-Avropa İttifaqı arasında Dərin və əhatəli Azad Ticarət Məkanı haqqında  Razılaşmanın sosial cəhəti haqqında məlumat verdi.

Tədbirdə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının işçisi Tatuli Todua aparat haqqında  məlumat verdi. O,  xalqa etnik və dini azlıqların hüquqlarını müdafiəsini qorumaq  üçün atılan addımlardan danışdı. Xalq Müdafiçisi nümayəndəsi xalqın  maraqlandığı suallara cavab verdi.

Görüşdə İlya adına Dövlət Universitetinin hüquq üzrə professoru Vaxuşti Menabde insnaq hüquqları haqqında danışdı.