Düzəyrəm məktəbi şagirdləri Rustaveli teatrında səhnəyə çıxdılar

15.04.2018 316 | ავტორი: Tozu Gulmamedova

Düzəyrəm məktəbi şagirdləri 14 aprel gürcü dili günündə Şota Rustaveli adına teatrda səhnəyə çıxdılar. Həmin gün Gürcüstanın fərqli regionlarından dörd məktəb səhnədə öz çəkdikləri filmi nümayiş etdirdilər. Göstərişdə Elm və Təhsil Naziri Mixeil Çxenkeli, Barış və  Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Ketevan Çixelaşvili,Sagareco Rayonun meri Qiorqi Erboconaşvili yerli hakimiyyətin nümayəndələri və kəndin direktorları, pedaqoqları, şagirdləri iştirak etdi.

Təhsil və Elm Nazirliyinin qeyri-gürcü məktəblərdə təşkil etdiyi “Mənim İlk  Gürcü Rolum” müsabiqəsində Düzəyrəm içtimai məktəbi birinci yerə,  Tbilsidəki  64 nömrəli içtimai məktəbi ikinci yerə, Axalçixe 3 nömrəli məktəb üçüncü yerə layiq görülüb.

Tədbirdə Düzəyrəm məktəbi şagirdlərinə və onlara film çəkməkdə kömək edən gürcü dili müəlliməsi Lela Jincharadzeya Elm və Təhsil naziri xüsusi təşəkkür edib və onlara diplom verib. Müsabiqədə qalib gələn bütün şagirdlərə yayda Batumidə keçirilən musiqi  festiavlına dəvət etdi.

Müsabiqədə Düzəyrəm məktəbindən 8 və 9-cu sinifdən Paşa Şabanov, Zöhrə Yolçuyeva, Məryəm Bayramova və Jalə Paşayevə iştirak edib. Müsabiqədə qalib gəldiyi üçün məktəbə 3 000 lari məbləğində mükafat verilib.