İormuğanlıda “Ferman Ceyranova Azadlıq” adlı aksiya keçirildi

24.04.2018 578 | ავტორი: Tozu Gulmamedova

Bu gün İormuğanlıda siyasi məhbus “Fərman Ceyranova Azadlıq” adlı aksiya keçirildi. Aksiyada icmanın fərqli kəndlərindən iştirak etdilər.

Aksiyada iştirak edən ictimai fəal Qəzənfər Məmmədov bildirdi ki;

” Fərman Ceyranov siyasi mövqeyinə görə qonşu ölkənin sifarişi ilə həbs olunub. Bunu bizim kəndə təhqir sayırıq. Xəstəxanaya insanlar xəstə olanda gedir, ona görə də xəstə öləndə həkimi və ya xəstəxana sahibini günahlandırmaq məntiqli deyil. Gündə xəstəxanada yüzlərlə adam ölür, kimsə həbs edilirmi buna görə? Əgər bizim kəndin professorunu,ən savadlı şəxsini həbs edirlərsə bizim kəntdən nə inkişaf gözləmək olar. Biz onun tez vaxtda azadlığa buraxılmağını tələb edirik.”

Etiraz aksiyasında iştirak edən bir başqa aktivist Ərzuman Abbasov isə Fərman Ceyranovun Əfqan Muxtarlı və başqa müxalifətçilərlə dostluq etdiyi üçün həbs edildiyini bildirdi.

“Lanceft” xəstəxanasının direktoru Fərman Ceyranlıya saxtakarlığa görə  iş açılmış və altı il həbs cəzası verilmişdi. Hazırda apellyasiya məhkəməsi davam edir.