Tələbələr klubu İvrisi ofisində abituriyentlərlə görüş keçirtdi

28.04.2018 525 | ავტორი: Tozu Gulmamedova

Bu gün 28 aprel tarixində radio İvrisinin ofisində tələbələr klubunun üzvləri abituriyentlərlə arasında görüş keçirtdi. Görüşdə Tbilisi Dövlət Universiteti, Tibb Universiteti, Suxumi dövlət Universiteti və Texniki Universiteti tələbəri iştirak etdilər.

Bu görüşün təşkilatçısı Huseyn Huseynovun dediyinə görə: Tələbələr klubu bir ildir ki tələbələr arasında fəaliyyət göstərir. Bu günün əsas məqsədi isə abituriyenlərə ən böyük marağa sahib olan universitetlər haqqında mümkün qədər çox məlumat vermək idi. Onlar həmçinin fakültetlər haqqında da söhbət açdılar. Hüseyn bildirir ki, şagirdlər görüşdə yetərincə aktivlik göstərdilər və buna oxşar görüşlər yenə keçiriləcək.

Bu görüşün orqanizatorlarından biri də Tozu Gülmamedova idi. O bilidirir ki  dövlət universitetlərində  fəaliyyət göstərən 1+4 proqramı haqqında danışdı. Şagirdlər,valideyinlər,həmçinin müəllimlərin iştirak etdiyi görüşdə universitetdə uğurlu olmağın  yollarından söhbət açıldı.  T.Gülmamedova bildirir ki, bu görüş icmada gənclərlə ictimai fəaliyyət kimi atılmış ilk addım idi.

Təşkilatçılar bildirir ki,  bu görüşün əsas məqsədi  gələcək tələbələri əvvəlcədən məlumatlandırmaq idi . Bu görüşdə iştirak edən şagirdlər də görüşün çox gözəl keçdiyini bildirdilər.

Ləmbəli ictimai məktəbinin 11-ci sinif şagirdi Yadigarov Həsən bildirir ki “Universitetlər haqqında məlumat əldə etdim,  universitetlərin hazırlıq kurslarının nə dərəcədə yaxşı olduğunu öyrəndim”. Həsən həmçinin bildiri ki, bu görüşdən sonra universitet seçimini dəyişdim və bu cür  görüşlər digər gənçlərində məlumatlandırılması üçün davam etdirilməlidir.

Görüşdə iştirak edən şagirdlərdən biri də İormuğanlı ictimai məktəbinin 12 -ci sinif şagirdi Səmayə Məmmədova idi. Həmçinin o da deyir ki, bu gün ki görüş onun üçün çox əhəmiyyətli idi. Çünkü seçdiyim fakültetə hansı fənlərin aid olduğunu öyrəndim bundan başqa  universitetlər haqqında çox şey öyrəndim və mənim universitet seçimimdə kömək oldu.

 

Cəfər Haqverdiyev

İlqarə Məmmədova