Ləmbəli bir nömrəli uşaq bağçası başqa binaya köçürülür

16.05.2018 340 | ავტორი: Tozu Gulmamedova

Ləmbəli kəndində fəaliyyət göstərən bir nömrəli uşaq bağçası yeni binaya köçürülür.  Bu haqda İqtisadi inkişaf və əmlakın idarə olunması xidmətinin rəhbəri Qiorqi Kurdovani bildirdi ki,

-Bu bağça bəzi tələblərə cavab vermirdi, ona görə biz onu başqa binaya keçiririk.  Biz istəyirik ki, uşaqlar təhlükəsiz məkanda təhsil alsın. Bu etapda biz bağçayı Ləmbəlidə olan  inzibati binaya köçürtməyi planlayırıq. Biz bunu yaxın günlərdə etməyi düşünürük , hazırda biz gözləyirik ki otaqlar boşaldılsın.

Uşaq bağçasının müəlliməsi Tea Gurgenidze deyir ki,

– Bizə dedilər ki, sizin bağçanız tələbləri ödəmir başqa binaya keçirilməlidir. Hazırda biz məşğələlərimizə davam edirik, yeni binaya keçməyi gözləyirik.

Qeyd edək ki, Saqareco və Axmeda da fəaliyyət göstərən beş uşaq bağçasının işi dayandırldı. Uşaq bağçaları Milli Qida Agetnliyinin tələblərinə  cavab vermədiyi üçün bağlanır. Saqareco muniçipaliteti Çailuri və Kakabeti N1 uşaq bağçası,  eyni zamanda Axmeda muniçipalitetinin  Pichkhovani, Atskuri və Qvemo Alvani N2 məktəbəqədər təhsil mərkəzinin fəaliyyətini dayandırır.

Qeyd olunan qanun pozuntularına görə, bağçalar 1000 lari məbləğində cərimələndilər. Onlara müəyyən vaxt verildi ki, pozuntuları düzəltsinlər.