Parlament “Yığılan təqaüd” haqqında qanunu qəbul etdi

24.07.2018 758 | ავტორი: Tozu Gulmamedova

“Yığılan təqaüd” haqqında qanun layihəyi Gürcüstan parlamenti üçüncü oxunuşda qəbul etdi.

Yığılan təqaüd sistemində yaşı 40 yaşdan az olan, işlə təmin olunmuş vətəndaşlar hər ay gəlirinin 2 faizini təqaüd fonduna ödəyir, bununla yanaşı həmin şəxsi işlə təmin edən 2 faiz ödəyir və 2 faiz isə dövlət ödəyir. Toplanan pulu vətəndaş təqaüdə çıxdıqdan sonra tanmamilə və ya hissələrə böldürərək götürə bilir. Yaşı 40-dan çox olan vətəndaşlar isə istədikləri təqdirdə bu sistemə qoşula bilərlər. Onları işlə təmin edən şəxsin buna etiraz etməyə haqqı yoxdur. Etiraz etdikdə ilk dəfə 500 lari ikinci dəfə isə 1000 lari ilə cərimələnməsi nəzərdə tutulur. Vətəndaş təqaüd yaşına çatmadan vəfat edərsə onun varisinin məbləği götürmək haqqı olacaq. 

Özü işlə təmin olunanların bu sistemdə iştirak etmələri isə məcburi deyil. Ancaq onlar istərsə bu sistemə qoşula bilərlər. Bu halda onlar öz gəlirlərinin 4 faizini təqüd fonduna ödəməlidirlər, dövlət isə öz növbəsində 2 faizi ödəyir. Ancaq bu halda o, öz gəlirinin miqdarını rəsmi sənədlə təsdiqlətməlidir.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, qeyd olunan layihə təqaüd islahatının tərkib hissəsidir, hansının əsas məqsədi mövcud olan sosial sistemin təkmilləşdirilməsidir.

Qanunlayihəyi deputatlara İqtisadiyyat Nazirinin müavini Ekaterine Mikabadze təqdim etdi.

Onun bəyanatına görə, “yığılan təqaüd” sistemi vətəndaşlara işlədiyi illər ərzində yığdıqları məbləği təqaüdə çıxan zaman almalarına imkan verir.

Ekaterine Mikabadzenin bəyanatına görə, yığılan pensiya sisteminin qüvvəyə minməsi, vətəndaşların layiqli pensiya almasını təmin edəcək.

Onun dediyinə əsasən uzunmüddətdə yığlıan təqaüd sosial təqaüd ilə birlikdə 50 faizə qədər artıq pensiya ilə dəyişilməsini nəzərdə tutur.

“ Yığılan təqaüd”  sxeması tam olaraq sosial problemlərə cavabdır.

“Layihə çərçivəsində dövlət Gürcüstan vətəndaşına məbləğ yığması üçün mühüm kömək edir, onunla birlikdə sosial cavabdehliyi bölüşür. Biz problemim həlli üçün real əsas yaradırıq hansıki ədalətli və effektliyiyi baxımdan mövcüddür. Elə tənzimləmənin əsas məqsədi də budur. bununla tənzimləmənin müsbət iqtisadi tərəfləri də vardır”, – deyə nazir müavini bildirdi.

Nazirin müavinin dediyinə görə tənzimləmə nəticəsində Gürcüstanda yığılan pulların miqdarı artacaq, iqtisadi resurs yaranacaq hansıki kapital bazarın inkişafı üçün kəskin imkan yaradacaq.

“Bu alternativ uzunmüddətli resursdur, hansıki biznesə yeni məhsuldar investisya həyata keçirtmək üçün imkan verir. Buda yeni iş yerlərinin artmasına və iqtisadi böyüməyi sürətləndirəcək”, – deyə  İqtasidiyyat və Davamlı İnkişaf nazirinin müavini bildirdi

İqtisadiyyat və Davamlı İnkişaf nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, mövcüd təqaüd sistemi ədalətliliyi, effektliliyi və maliyyə davamlılığı baxımından mühüm əksikləri vardır. Yığılan təqaüd isə sistemin gəlir sütünü olacaq hansıki uzunmüddətli perspektivada mühüm problem olan layiqli pensiye ilə təmin olmağa cavab verir.

Mənbə: 1tv.ge