Aqrosiğorta proqramı 2014-cü ilin 1 sentyabrından qüvvəyə mindi. Proqramın məqsədi aqrosektorda siğorta bazarının inkişafı, kənd təsərrüfatının işinə imkan yaratmaq, qeyd olunan işlə məşğul olan şəxslər üçün gəlirin qorunması və risklərin azaldılmasıdır.
Proqram “Kənd Təsərrüfatı Layihələrinin İdarəsi Agentliyi” “Vahid Aqrolayihə” çərçivəsində həyata keçirilir. Proqramı həyata keçirtmək məqsədilə, agentlik Gürcüstan qanunvericiliyi ilə təyin olunmuş qayda il lisenziyayamüvafiq siğorta şirkəti ilə müqavilə bağlayır.
Maraqlanan benefisiarlar siğorta polisini Gürcüstanda fəaliyyətdə olan 7 siğorta şirkətindən əldə edə bilərlər:
Qeyd olunan proqram çərçivəsində siğorta polisi sonrakı riskləri əhatə edir:
Aqrosiğorta 2018-ci ilin proqramı çərçivəsində benefiçiar 5 hektaradək torpağı, dənli bitgilər olduqda isə 30 hektar (siğorta üçün qeydiyyatdan keçmiş torpaq qəbul olunur) torpaq hissəsini siğorta etdirə bilər. Hər siğorta etdirən şəxs proqramla nəzərdə tutulmuş hər bitgi növündə 70%, üzüm tənəyində 50% maliyyə dəstəyi alır. Kənd təsərrüfatı koopertavi zamanıisə, agentlik tərəfindən siğorta etdirən şəxsə dəstək məbləği 50 000 laridən artıq olmamalıdır.
Bununla yanaşı siğorta etdirən şəxs həm dənli bitgiləri həmdə başqa bitgiləri eyni zamanda siğorta etdirə bilər.
Eyni zamanda, siğorta məbləğinin ödənilməsinin qaydası maksimum istifadəçinin tələblərinə uyğunlaşdırılıdı.
Mənbə:Apma.ge