Patardzeulidə gənclər düşərkəsi

02.07.2019 268 | ავტორი: Natali Barbakadze

Saqareco bələdiyyəsinin Mədəniyyət Xidmətinin təşəbbüsü ilə Qoqla Leonidzenin ev-muzeyində gənclər düşərgəsi yaradılıb.

“Miranduxt” ədəbi müsabiqəsinin qalibləri lider-çıxışçılar oldular. Düşərgədə Patardzeuli və Xaşmi ictimai məktəblərinin şagirdləri iştirak edirdilər. Gənclər düşərgəsinin məqsədi muzeylərin populyarlaşdırılması, elmi, idman və təhsil fəaliyyətlərinin əsasının qoyulması idi.

Düşərgənin liderləri Nini Buzariaşvili, Nutsa Qaqniaşvili, Eto Tsxvariaşvili təlimçi rolunu qazandılar və şagirdlər üçün gender bərabərliyi, ətraf mühitin mühafizəsi və bulinq barədə maarifləndirmə mövzusunda məlumat xarakterli görüşlər təşkil etdilər.

Uğurlu lider-çıxışçılara Saqareco meriyası adından stolüstü dünya tarixi kitabları hədiyyə olundu.

Gələcəkdə də Saqareco meriyasının təşkilatçılığı ilə oxşar tədbirlərin keçirilməsi planlaşdırılır.