Kaxetidə təxminən 672 təqaüdçü müəllim məktəbdən getmək istədiyini bildirib

11.07.2019 46 | ავტორი: Natali Barbakadze

Kaxetidə yüzlərlə təqaüd yaşında olan pedaqoq statusunun dayandırmaq və iki illik maaşını almaq istədiyini bildirib. Kompensasiyanı minimal bacarıqlarını təsdiqləmək, statusunu artırmaq və peşə fəaliyyətini davam etdirmək istəməyən pedaqoqlar alacaqlar.

Proses könüllüdür.  Qurcaani Təhsil Resurs Mərkəzinin rəhbəri dalı Mindiaşvili bildirib ki, Qurcaani bələdiyyəsində kompensasiya almaq istəyini təxminən 137 pedaqoq bildirib.

“Bu o kateqoriyadır ki, bu mərhələdə mükafat almaq istəyini bildiriblər. Onlar öz əməyinin qarşılığını – kifayət qədər böyük məbləğ alacaqlar. Bu son iki ilin zəhməti və bundan əlavə sinif rəhbərliyinin qarşılığıdır.”

Bu günə olan vəziyyətə görə, Kaxeti miqyasında işdən getmək istədiyini 672 pedaqoq bildirib. Onlardan ən çoxu – 144 nəfər Telavinin payına düşür. İkinci yerdə 137 nəfərlə Qurcaanidir. Laqodexi 105, Axmeta və Siqnaxi hər biri 80, Kvareli 64, Dedoplistskaro isə 62 nəfərlə sonrakı yerləri paylaşırlar. Saqareco bələdiyyəsinə gəlincə isə, bu barədə məlumat hələ ki Təhsil Resurs Mərkəzinin rəhbərinə məlum deyil.

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri ilə bağlı planlaşdırılan dəyişikliklərə görə, təqaüd alan müəllimlər bütün ömürləri boyu sağlamlıq sığortası ilə təmin olunacaqlar.