Parlamentdən qoruyucu meşə zolaqları haqqında qanunun qəbulunun sürətləndirilməsini tələb edirlər

26.07.2019 72 | ავტორი: Natali Barbakadze

Vaşlovani Qoruğu Ərazisinin Dostları Assosiasiyasının üzvü PavleTavadze manifest.ge-də qoruyucu meşə zolaqları haqqında Gürcüstan qanunun qəbulunun sürətləndirilməsi ilə bağlı petisiya qeydiyyatdan keçirib.

“Dedoplistskaro bələdiyyəsində, Şiraki çölündə yanğın nəticəsində çox ağır vəziyyət yaranıb. Kənd təsərrüfatı sahələrində məhsul yığımından sonra yanğın minlərlə hektar sahəyə yayılıb. Təəssüf ki, məsuliyyətsiz fermerlər tərəfindən adət edilmiş belə hallar hər il təkrarlanır, qoruyucu meşə zolaqları məhv olur ki, bu da həm kənd təsərrüfatına, həm də biomüxtəlifliyə böyük ziyan vurur. Dedoplistskaro  bələdiyyəsi Nəzarət Xidmətinin və DİN Kaxeti Fövqəladə Halların İdarəolunması Baş İdarəsinin Dedoplistskaro  yanğınsöndürmə xilasetmə şöbəsinin əməkdaşları həm profilaktik tədbirlərlə, həm də yanğının qarşısını almaqla qoruyucu meşə zolaqlarının məhv olmasının qarşısını almağa çalışırlar, lakin aydın şəkildə görünür ki, bu onların qüvvəsi xaricindədir. Biz və bizi dəstəkləyənlər tələb edirik ki, Qoruyucu zolaqlar barədə Gürcüstan qanununun qəbul edilməsi sürətləndirilsin”, – petisiyada deyilir.

Petisiyanı 24 saat ərzində 500 nəfər dəstəkləyib, bu isə o deməkdir ki, petisiya qalibgəlib. Hazırda orijinal imzalar toplanır proses bazar ertəsinədək davam edəcək.

Qeyd olunan məsələ ilə bağlı Kaxeti qubernatoru İrakliKadaqaşvili və Kənd Təsərrüfatı nazirinin müavini SolomonPavliaşviliDedoplistskaroda fermerlərlə görüşüblər.

“Qoruyucu (tarlaqoruyucu) meşə zolaqları haqqında” qanun layihəsini Parlamentin Aqrar komitəsi 2018-ci ildə hazırlayıb. Qanun layihəsinin məqsədi kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qoruyucu zolaqların bərpası, salınması, baxımı və qorunmasına dəstək, küləyin səbəb olduğu torpaq eroziyaları prosesinin qarşısının alınmasıdır. Hazırda qanun layihəsi müzakirə prosesindədir.

Ötən həftə Şirakidə onlarla hektar sahədə yanğın baş verib ki, bunun nəticəsində də qoruyucu meşə zolağı yanıb.

Vaşlovani Qoruğu Ərazisinin Dostları Assosiasiyasının idarə heyətinin sədri AmiranKodiaşvili sahələrin yandırılması ilə bağlı hakimiyyətin sadə qanun qəbul etməsi təşəbbüsü ilə çıxış edib.