Üç xəstəlik, bir pasiyent – ailə həkimləri üçün təlim

09.07.2019 127 | ავტორი: Natali Barbakadze

Hepatit C, VİÇ infeksiyalar və vərəmə qarşı ilkin müayinəni həkimlər ambulatoriyalarda həyata keçirəcəklər. Qurcaani İctimai Səhiyyə Mərkəzində ailə həkimləri üçün inteqrasiya olunmuş skrininq barədə təlim keçirilib.

Təlimin məqsədi xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi üçün həkimlərin peşəkarlıqlarının artırılması idi. Milli Ailət Tibbi Təlim Mərkəzinin ailə həkimi Natela Cacanidzenin dediyinə görə, pilot layihənin məqsədi skrininqin inteqrasiya olunmuş metodu – üç xəstəlik, bir pasiyentdir.

“Hepatit C, VİÇ infeksiyalar və vərəmin vaxtında aşkarlanması çox vacib məsələdir. Bizim təlimlər də məhz buna həsr olunub. İlkin səhiyyədə skrininqin inteqrasiya olunmuş metodu – üç -xəstəlik, bir pasiyent metodu yaradılmalıdır. VİÇ infeksiya halında xəstəlik 7-8 ildən sonra, Hepatit C 20-30 ildən sonra qaraciyər serrozu baş verdikdə ortaya çıxır. Buna görə də belə sadə skrininq müayinəsi ilə bütün sakinlərin müayinəsi aparılması çox vacibdir. Bu eyni anda üç xəstəliklə bağlı aparılan və cavabı da həmin an məlum olan sadə testdir.”

Qurcaani İctimai Səhiyyə Mərkəzi həkimi Eka Burdiaşvilinin sözlərinə görə, qeyd olunan proqramın həyata keçirilməsi üçün yerli büdcədən 23 700 lari ayrılıb.

“Vəsait ambulatoriya həkimlərinin əməkhaqqı üçün ayrılıb, test sistemlərinə gəlincə, bunları Xəstəliklərə Nəzarət Mərkəzi təmin edir. Proqram bir illik deyil və 2020-ci ildə də davam edəcək. Proqramın məqsədi bir pəncərə prinsipi ilə xəstəliklərin erkən diaqnozunun qoyulması və xəstənin fəal müalicəyə başlamasıdır.”

Təlimlərin Kaxeti miqyasında keçirilməsi planlaşdırılır və Qurcaanidən sonra Siqnaxi, Saqareco, Laqodexi və Axmetada da keçiriləcək.