Saqareco bələdiyyəsindəki məktəblərdən 12-də bərpa işləri həyata keçiriləcək

20.06.2019 224 | ავტორი: Natali Barbakadze

Bu ilə Saqareco bələdiyyəsində yerləşən 12 məktəbdə bərpa işləri həyata keçiriləcək. Bu barədə “speqtri.ge” portalına yerli özünüidarədən məlumat veriblər.

Meriya artıq səkkiz məktəblə bağlı tender elan edib. Qalan dörd məktəblə bağlı tender isə yaxın günlərdə elan olunacaq.

Bərpa işləri Saqareco şəhəri 1 saylı, Qiorqitsminda, Qombori, Toxliauri, Manavi, Ninotsminda, PataraÇailura, Udabno, Kandaura, Tskarostavi, Xaşmi və Ucarma məktəblərində aparılacaq.

İnfrastruktur işləri üçün ümumilikdə 730 000 lari xərclənəcək. Qeyd olunan məbləğiyerli özünüidarəyə Təhsil və Elm Nazirliyi verib.

Təhsil müəssisələrinin bərpası ilə bağlı tenderi meriya bu il ikinci dəfədir ki, elan edir. Birinci dəfə tender baş tutmamışdı.