Meriya Yormuğanlıdan olan aztəminatlılara necə yardım etdi

26.07.2019 400 | ავტორი: Natali Barbakadze

Saqareco bələdiyyəsinin yerli özünüidarəsi bu il sosial layihələr üçün 882 000 lari ayırıb.

Bu barədə “İvrisi” radiosuna Saqareco meriyasından məlumat veriblər.

Altı ay ərzində (yanvar-iyun) Yormuğanlı icmasında aşağıdakı sosial yardımlar edilib: aztəminatlı sakinlərin ambulator müalicəsi, əməliyyat, dərman, reabilitasiya və müayinə xərclərinin 50-70% maliyyələşdirilməsi proqramından 62 nəfər yararlanıb ki, bunu üçün də ümumilikdə 43 011.32 lari xərclənib (o cümlədən, onkoloji xəstələrə tibbi yardım).

Hemodializ proqramına Yormuğanlı icmasından 6 nəfər qoşulub ki, onlara da ayda 100 lari köüçürülür, bu isə ümumilikdə 3000 lari deməkdir.

Məhdud fiziki imkanlı uşaqlara yardım proqramından 4 uşaq yararlanır ki, onların da hər birinə 300 lari verilib.

Çoxuşaqlı ailələrə (4 və daha artıq uşaq olan ailələr) birdəfəlik 400 lari verilib ki, bu da ümumilikdə 1 600 lari deməkdir.

Aztəminatlı ailələrin istifadə etdiyi elektrik enerjisi və ya qazın dəyəri üçün ayda 10 lari ödənir ki, bunun üçün də 6 ailəyə 300 lari verilib.

2 nəfər məhdud fiziki imkanlı şəxsə meriya tərəfindən pulsuz əlil arabası verilib.

Meriyanın məlumatına görə, 2019-cu ilin payızında milli azlıqların məskunlaşdığı kəndlərdə oftalmoloqların və digər həkim-mütəxəssislərin pulsuz müayinəsi planlaşdırılır.