Qoruyucu zolaqların salınması təşəbbüsünü fermerlər irəli sürməlidirlər

17.07.2019 29 | ავტორი: Natali Barbakadze

Kaxeti bölgəsində qoruyucu zolaqların bərpası/salınması layihəsinə başlanılıb Bu layihə çərçivəsində Saqareco, Qurcaani və Dedoplistskaro bələdiyyələrində 25 km (18 Ha sahədə) qoruyucu zolaqlar salınacaq. Qeyd olunan layihəni Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) maliyyə dəstəyi ilə Qafqaz Regional Ekoloji Mərkəzi (RECC) vasitəsilə Gürcüstan Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

Mərkəz layihənin həyata keçiriləcəyi yerləri özü seçməyəcək, onlara fermerlər müraciət etməlidirər.

“Hazırda seçim prosesindəyik. Bu fermerlərin iştirakı ilə baş tutur, onlar da müəyyən öhdəliklər götürür. Bu öhdəliklərə ağacların əkilməsi və baxımı daxildir, biz idarə etmə planını edirik və pulsuz tinglər veririk. Əgər fermer gəlib qoruyucu zolaq istədiyini bildirmirsə, o zaman zolağın salınması təsəvvür belə edilməz”, – Qafqaz Regional Ekoloji Mərkəzinin layihə koordinatoru Keti Tsereteli bizimlə söhbəti zamanı bildirdi.

Fermerlər öz mülkiyyətində olan sahələrdə qoruyucu zolaq istəyən fermerlər ətraflı məlumatı 577 56 96 56 nömrəsinə zəng vuraraq əldə edə bilərlər.