Həkimlərin işinə maneçilik törətmək cərimə ilə cəzalandırılacaq

23.07.2019 85 | ავტორი: Natali Barbakadze

Tibbi fəaliyyətlərin yerinə yetirilməsi zamanı təhqir və ya onlara mane olmaq qanunla cəzalandırılacaq.

Həkimlərin peşə fəaliyyətlərini yerinə yetirməyə mane olma üçün 1000 lari həcmində cərimə nəzərdə tutulur. Eyni hərəkət təkrar baş verdikdə cərimənin miqdarı 2000 lari olacaq. Qanunlar paketinin təşəbbüskarları Parlament üzvlərindən ibarət 12 nəfərlik qrupdur.

“Qanun layihəsinin hazırlamaqda məqsəd tibbi personal və sosial işçilərə qarşı zorakılıq hallarının əhəmmiyyətli dərəcədə artmasıdır. Bundan başqa tibb müəssisələrinə zorla soxulma, basqın və piket halları da artıb. Tibb müəssisəsinin normal fəaliyyətinə mane olmaq tibb işçilərinə psixoloji təsir göstərirxəstələrə peşəkar tibbi yardım göstərilməsində problemlərə səbəb olur və müvafiq olaraq digər xəstələrin hüquq və maraqlarını pozur. Fiziki və ya psixoloji təzyiq altında olan tibbi personal daha çox səhvlərə yol verir və bununla da xəstələrin sağlamlığı üçün təhlükə yaranır. Xəstələrin maraqlarından irəli gələrək onlara qorxmuş və depressiyaya düşmüş həkimlər tibbi yardım göstərməməlidir. Buradan da irəli gələrək tibbi fəaliyyət strateji peşədir, tibbi personal və sosial işçilər daha çox müdafiə, həmçinin ictimaiyyətin aqressiyasının qarşısının alınmasını tələb edir”, – layihənin izahatnaməsində deyilir.