Kaxetidə itlər üçün sığınacağın tikintisinə nə vaxt başlanılacaq

24.07.2019 48 | ავტორი: Natali Barbakadze

2019-cu ildə QurcaaniBələdiyyələrin İnkişaf Fondunun maliyyə dəstəyi ilə sahibsiz itlər üçün sığınacaq tikiləcək.

Sığınacaq üçün yer artıq seçilib, lakin tikinti işlərinə hələ başlanılmayıb. Bələdiyyələrin İnkişaf Fondunun mətbuat xidmətindən verilən məlumata görə, layihələndirmə artıq başa çatıb. Təhvil-təslim aktı tərtib olunur və bundan sonra tikinti üçün tender elan olunacaq.

Xatırladırıq ki, itlər üçün sığınacağın tikilməsi üçün Qurcaanidə suvarma kanalı ərazisi seçilib. Tikintinin maliyyəsinə dəstək üçün Kaxetinin səkkiz bələdiyyəsinin hamısı vəsait ayıracaq.