Tea Gurgenidze məhkəmədə qalib gəldi

01.08.2019 578 | ავტორი: Tozu Gulmamedova

İormuğanlı məktəbinin müəlliməsi məhkəmədə qalib gəldi.Məktəbin ibtidai sinfinin gürcü dili müəlliməsi olan Tea Gurgenidzenin Siğnağı rayon məhkəməsinə etdiyi şikayət tamamilə qane olundu. O, məhkəmədən tələb etdiyi işdən qaldığı ayların konpensasiyasını, işə geri qayıtmaq və advokat xərcləri yerinə yetirildi.

“Bu mənim, şagirdlərimin və onların valideyinlərinin qələbəsidir. Mən məktəbə geri qayıtmağı planlayıram. “

Tea Gurgenidze məktəbdə uşağı döyməsi ittiahımıyla məktəbdən uzaqlaşdırılmışdı.