Qadının ailədə rolu böyükdür – İlqarə Mamedova və Ruzanə Hüseyinovanın blogu

07.08.2019 617 | ავტორი: Tozu Gulmamedova

Ailə qadın və kişinin yaratdığı kiçik bir dövlətdir. Çox adətlərə görə kişi evi tikməli, qadın isə o evi əşyalarla doldurmalıdır. Daha sonra kişinin əsas vəzifəsi maddi cəhətdən,qadının isə mənəvi cəhətdən evi təmin etməsidir. Yəni kişi qazanıb,pul gətirməli,qadıb isə ev işlərini görməli və uşaqlarını böyütməlidir. Çox insanın fikrinə görə ailə bundan ibarətdir. Bu fikirli insanlar üçün qadınların ailədə söz haqqlarıda yoxdur. Lakin, ailə bu demək deyil. Ailədə ər-arvad qarşılıqlı olaraq bir birlərinin haqqlarına hörmət etməlidir. Belə bir xalq deyimi də vardır ki, “Gözəl və doğru insan tərbiyəsi üçün ailə mühüm məktəblərdən biridir”. Bunun üçündə onlar hər bir işi birlikdə etməlidirlər. İki tərəfində bir-birlərinin şəxsiyyətlərini alçaltma və xar etmə haqqları yoxdur.

Pakistanın ilk prezidenti və ölkənin qurucu şəxsiyyəti Məhəmməd Əli Cinnah demişdir “Qadınlar kişilərlə birlikdə hərəkət etmədikcə heç bir millət zəfərə çata bilməz. Qadınları bir məhbus kimi dörd divardan ibarət bir evin içərisinə məhkum etmək insanlığa qarşı işlənmiş bir cinayətdir. Bizim qadınlarımıza gördüyümüz bu cəzadan daha böyük bir cəza heç bir cəza qanununda ola bilməz”.

Mən və məni kimi düşünən insanlar üçün qadının vəzifəsi evi təmizləmək, uşağa baxmaq və evdəkilərin yemək içməklərini təmin etmək deyildir. Ailəyi iki tərəf qurduğuna görə, evi birlikdə tikməli,içini birlikdə doldurmalıdırlar. Çünki bu onların bir ömür yaşadığı bir yuvadır. Hazırki reallıqda həyat stili və qadınların iş imkanının olmamsından dolayı ev işləri ilə əsasən qadın məşğul olur, həmçinin uşağın böyüdülməsi və tərbiyə edilməsi də onun öhdəliyinə düşür. Lakin kişi maddi cəhətdən ailəni təmir edir deyə bunların heç birinə kömək etməli deyil deyə bir qayda da yoxdur. Qısacası qadın ailənin baş tacıdır, bəzi işlərin gördürüldüyü xidmətçi deyil…