Yeni tədris ilində birinci sinif şagirdlərinə yenilənmiş və gücləndirilmiş “Netbook” hədiyyə ediləcək

10.08.2019 333 | ავტორი: Tozu Gulmamedova

Yeni tədris ilində ictimai məktəbin hər birinci sinif şagirdinə yenilənmiş və gücləndirilmiş “Netbook” hədiyyə olunacaq, bu onlar tədris prosesində informasiya və texniki bacarıqların inkişafına kömək edəcək, – bu haqda məlumatı Elm və Təhsil Nazirliyi yayır.

Orqanın məlumatına əsasən, mövcüd reformlar çərçivəsində, ümumi təhsil istiqamətində texnologiyanın inkişafı Gürcüstan Təhsil və Elm Nazirliyinin əsas prioritet məsələsidir.

Nazirlik bildirir ki, kompyuterlər Microsoft’un 365,lisenziyalı proqramıyla təchiz olunub. Eyni zamanda disk və RAM gücü iki dəfə artırılıb, bu daha çox proqramın quraşdırılmasına və ikiqat sürətlə işləmək imkanı verir.

Təhsil Nazirliyi bildirir ki, bu günkü vəziyyətlə hər məktəb təhlükəsiz internetin vahid təhsil sisteminə qoşulub. İlin sonunadək Tbilisi və regionlarda 400 məktəb əlavə simsiz internetlə təchiz olunacaq.

Mənbə: 1tv.ge