Qori meri – formalı ruslardan qanunsuz prosesi dayandırmalarını tələb etdim, ancaq mənə cavab vermədilər

19.08.2019 86 | ავტორი: Tozu Gulmamedova

Guqutiantkari kəndi yaxınlğında işğalçı qüvvələr istehkamların quraşdırılması intensiv şəkildə davam edir.

Onların yanına Qori muniçipalitetinin meri Konstantine Tavzarashvili gedib və danışmağa cəhd edib.

Tavzarashvilinin bəyanatına görə, işğalçı qüvvələrin nümayəndələri onun suallarına cavab verməyiblər.

„Gördüyüm hər şey çox ağırdır. Qanunsuz proses yenədə davam edir. Mən rus formalılarla danışmağa cəhd elədim, bir neçə sual soruşdum, bu prosesi dayandırmalarını tələb etdim. Ancaq onlar cavab vermədilər. Onlardan yalnız biri verilən əmri yerinə yetirdiklərini bildirirlər”, – Qori muniçipalitetinin meri bildirdi.