Qızımı tək böyüdərkən çox çətinlik çəkdim, istəyirəm o, rahat yaşasın

19.08.2019 67 | ავტორი: Tozu Gulmamedova

Tamam Mərdənova tək qadının uşaq böyütməsinin çətinlilərindən danışır.

-Qızım 2-3 yaşındaykən ayrıldıq. Qızımı tək böyütmüşəmyoldaşım nə də ailəsi heç cür mənə dəstək olmayıb. Dəfələrlə valideyinlərinnən kömək istəmişəm ancaq heç bir nəticə əldə olunmadı. Orada sənəd işlərində atası lazımolduqda belə gəlmədi. Qızımı sözün əsl mənasında “dırnağımın qanıyla” böyütmüşəm. İllərdir Azərbaycanda yaşayırdım, orada ev, magazin təmizləyərək qızımı böyütdüm. Bir neçə dəfə təmizlik edərkən hündürdən yıxıldığım üçün ciddi xəsarətlər qalıb.

Tamam bildirir ki, onun ən böyük arzusu qızını ali təhsilli, iş sahibi görməkdir.

-Orada sənəd işləri, üç aydan bir sərhəddi keçmək, evin kirəsini ödəmək çox xərc istəyirdi. Qızım orada məktəbi bitirdi. Orada qəbul imtahanlarını keçsədə, mənim imkanlarım univeristetə yetmir. İstəyirəm burada hazırlaşsın, universiteti burada oxusun . Burada pulsuz oxumaq daha asandı. Qızımın təhsili üçün vətənə qayıtmağaməcbur qaldım. İndi ata evinə qayıtdım. Evdə illərdir heç kim yaşamadığı üçün təmir lazımdır. Ancaq görünür ki, uzun müddət bunu etdirə bilməyəcəm. İlk işim burada iş tapıb, qısa müddətdə qızımı qəbul imtahanına hazırlaşmaq üçün müəllim yanına göndərməkdir.

Boşandıqdan bu günə həmişə işsiz, pulsuz qalmaq qorxusuyla yaşamışam. Təhsilim, öz sənətim olsaydı tək uşaq böyütmək bu qədər çətin olmazdı və qızımı daha yaxşı şərtlərdə böyüdərdim. Qızımın təhsil alması çox vacibdir, istəyirəm o “ rahat çörək” yesin.

Mənbə: Pəncərə