İşğalçı qüvvələr tərəfindən saxlanılan 8 Gürcüstan vətəndaşı azad edildi

21.08.2019 79 | ავტორი: Tozu Gulmamedova

Tsxinvali De Fakto rejimi tərəfindən saxlanılan 8 Gürcüstan vətəndaşı azaddır. Onlar artıq mərkəzi hakimiyyətin kontrolu altında olan ərazidədirlər. Onları Ergneti keçid məntəqəsində, Şida Kartli qubernatoru və DİN-in Şida Kartli departamentinin sədri qarşıladı.

Xatırladaq ki, saxlanılanlar: Zurab Gerkule, İlia Podrijanaşvili, Koba Vardanaşvili, Lasha Gerkule, İlia Baindurashvili, Giorgi Naskidashvili, Otar Eliauri, Soso Dvalişvili.

İşğalçı rejimin nümayəndələri Axalubani kəndində yaşayan 7 nəfəri və Mejvrisxevidə yaşayan bir nəfəri 17-18 avqustda saxlamışdılar. Onlar sərhəddi qanunsuz keçməklə ittiham olunurlar.