Keçmiş ərim fiziki məhdudiyyətli uşağına aliment verməkdən imtina edir

21.08.2019 123 | ავტორი: Tozu Gulmamedova

“Aylardır iki uşaqla atam evində yaşayırıq, tək gəlirimiz uşağımın fiziki qüsurlu maaşıdır, – Esmira Qocayeva danışır, – İki uşağım var biri fiziki məhdudiyyətlidir,serebral iflicdir. Bu iflicin ən ağır növüdür. Uşaqların biri on, digəri doqquz yaşındadır. Evli olanda mütəmadi olaraq həkimə aparır, müəyyən dərmanlar işlədir və masaja etdirirdim. Həkimlər deyirdi ki tam sağalmasada özünü idarə edəcək səviyyəyə gəlmək şansı var. İndi heç dərmanlarını almağa imkanım çatmır. Mən işləmək istəsəm də uşağı heç kimə tapşıra bilmərəm, bütün günü onunla maraqlanmalıyam. Digər uşağın baxımına belə vaxt eləyə bilmirəm, anam kömək edir.” Boşanmaığımız kiçik narazılıqlara görə oldu. Boşandıqdan üç gün sonra, getdi başqasıyla evləndi. Atamın evində cəmi ikiotaqlı evdə qardaşımın ailəsi, kiçik qardaşım, valideyinlərim və biz yaşayırıq. Böyük qardaşım həbsdədir, digərinin isə cəmi 18 yaşı var. Bütün ailənin yükü onun üzərindədir. Hazırda mənim və uşaqlarımın tək gəlirimiz, uşağın maaşıdır. Keçmiş yoldaşımdan bir otaq yaşayış binası və aliment tələbiylə məhkəməyə müraciət etdim. Yoldaşımın imkanları aliment vermək üçün əlverışlıdır .Vəkil tutmuşduq, ancaq nəticə əldə edə bilmədik. Vəkil işimizlə yetəri qədər maraqlanmadı. Biz etiraz etdikdə isə mənim haqlarımı qorumaqdan imtina etdi. Bəlkə də onlar vəkıllə danışdılar. Nə yoldaşımı, nə də onun ailəsini uşaqların gələcəyi maraqlandırmır. Hətta qaynanam uşaq qüsürlü olduğu üçün, “mənim o adlı nəvəm yoxdur deyir”.

Mənbə: Pəncərə