Qeydiyyatdan keçən 6000-dək pensioner pedaqoq pul mükafatını bu ilin oktyabr ayının əvvəlində alacaq

22.08.2019 91 | ავტორი: Tozu Gulmamedova

İlk etapda qeydiyyatdan keçən 6000-dək pensioner pedaqoq pul mükafatını bu ilin oktyabr ayının əvvəlində alacaq.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilən məlumata görə, pul mükafatıyla əlaqədar pensia yaşına gələn  müəllimlərin qeydiyyatının ilk ili tamamlandı. 

Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini İrina Abuladze bu haqda keçirilən brifinqdə bildirir ki, ilk etapda 6 000-dək müəllim qeydiyyatdan keçdi, bu pensiya yaşına gəlmiş müəllimlərin yarısıdır.  

Onun dediyinə görə, öz istəyiylə işdən çıxan müəllimlərə iki ilin maaşını cari ilin oktyabr ayında alacaqlar.  

Bununla yanaşı onların ömür boyu pedaqoq sağlam siğortası olacağı  istiqamətdə müvafiq normativ aktlara dəyişikliklər edilir.

„Nəzərinizə çatdırım ki, 2019 ildə edilən konstitusiya dəyişikliyi  əsasında, 2022 – ildə Gürcüstan büdcəsinin dörtdə biri təhsilə xərclənəcək. Hazırda da təhsilin mailiyyələşdirilməsi sistematik, etaplı şəkildə davam edir, burada aparıcı, mentor müəllimin maaşının yüksəlməsi nəzərdə tutulur. Bir neçə  ay əvvəl bildirdiyimiz kimi, məktəblərdə keyfiyyətin yüksəlməsi üçün, təhsil reformunun mühüm etaplarından biri olan, müəllim səriştəsinin təsdiqlənməsinə kömək etməklə yanaşı müəllimlərin motivasiyasını nəzərdə tutan etapı həyata keçiririk”- İrina Abulafze qeyd edir.