Eksternat imtahanlara qeydiyyat başladı

03.02.2020 380 | ავტორი: Tozu Gulmamedova

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2020-ci ilin, 3 fevral tarixindən 10 fevarala qədər birdən 11-ci sinifə qədər ümumi təhsil proqramı üzrə eksternat imtahanı vermək istəyənlər üçün qeydiyyat elan edib.

Ümumiyyəətlə tədris prosesindən uzaqlaşmış və ümumi təhsil attestatı ala bilməyən şəxslərin imtahan vermək hüququ var. Eləcə də məktəbdə oxuyan ancaq yaşı qanunvericiliklə müəyyən edilmiş minimal yaş həddindən yuxarı olan və eksternat imtahanı vermək istəyi olan şəxslər də imtahan verə bilərlər.

Eksternat forması ilə proqrama qatılmaq istəyənlər üçün 18 fevraldan 2 marta qədər imtahan keçiriləcək.

Əlavə olaraq 12-ci sinifin eksternat qaydası ilə imtahan vermək istəyənlər imtahanı bu ilin iyun ayında verə biləcəklər. Yekun sinif şagirdlərinin eksternat imtaha qeydiyyatı üçün əlavə müddət olaraq 1 iyundan 5 iyuna qədər müəyyən edilib, ancaq onlar üçün imtahan 15 iyundan 24 iyuna qədər keçiriləcək.

Yetkinlik yaşına çatmış şəxs və ya yetkinlik yaşına çatmamış şəxsin qanuni nümayəndəsi ilə eksternat qeydiyyatı üçün ərizə və müvafiq sənədləri Resurs Mərkəzinə təqdim edə bilər.

Ümumi təhsil üçün eksternat şəkildə müraciət etmək istəyənlər, məktəbdə oxuyursa, məktəbin yerləşdiyi Resurs Mərkəzinə müraciət etməlidir;

Şəxs məktəbə getmirsə – istəyi üzrə, hər hansı bir resurs mərkəzinə müraciət edə bilər.