Ləmbəli məktəbi şagirdi məktəbə gedərkən qaçırılıb

06.02.2020 902 | ავტორი: Tozu Gulmamedova

Ləmbəli məktəbi şagirdi, 14-15 yaşlı qız səhər saatlarında məktəbə gedərkən qaçırılıb. Hazırda qız öz ailəsinə qaytarılarsada oğlan hələ də axtarılır.

Ləmbəli İctimai Məktəbi əməkdaşı bildirir ki, qaçırılan qız 10-cu sinif şagirdi imiş və hər il əlaçı şagird seçilirmiş.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, məsələ haqda cinayət işi Cinayət məcəlləsinin 143-cü maddəsilə açılıb. Maddə azadlıqdan qanunsuz məhrum edilməyi nəzərdə tutur. 143-cü maddənin D bəndinə əsasən azyaşlını qanunsuz azadlıqdan məhrum etmək 7 ildən 10 ilədək azadlıqdan məhrum edilməyi nəzərdə tutur.