Saqareco meri Tüllər sakinin ad gününü təbrik etdi

25.02.2020 428 | ავტორი: Tozu Gulmamedova

Saqareco meri Qiorqi Erboconasvili Tüllər sakini, Fatma İsmail qızının 101-ci yaş gününü təbrik etdi. Fatma xanım bir əsrlik ömründə bu ad günün çox mənalı və yaddaqalan olduğunu bildirdi.

Mer eyni zamanda Ləmbəli Qadınlar Otağına da qonaq oldu və şagirdlərlə birlikdə erkən evlilik haqqında keçirilən seminarı dinlədi. Seminardan sonra gənclər onları narahat edən problemlər haqqında merlə söhbət etdilər.