Məktəblərdə yaz tətili martın 9 mart əvəzinə 2 martda başlayacaq və 16 martadək davam edəcək

29.02.2020 262 | ავტორი: Tozu Gulmamedova

Gürcüstanın baş nazirinin rəhbərliyi ilə bu gün korona virusla əlaqəli yaranmış orqanlararası koordinasiya şurasının növbəti görüşü keçirildi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, virusun yayılmasının qarşısının alınması məqsədilə, məktəblərdə, Səhiyyə Nazirliyinin tövsiyyə etdiyi əlavə dezinfeksiya işlərinin aparılmasına qərar verilib.

Hər məktəbin lazımi qədər dezinfeksiya olunması üçün, yaz tətili 9 mart əvəzinə 2 martda başlayacaq və 16 martadək davam edəcek.

Bundan əlavə görüşdə uşaq bağçaları və ictimai nəqliyyatlarda dezinfeksiya tədbirləri gücləndiriləcək.

” Səhiyyə Nazirliyinin müvafiq orqanları aktiv rejimdə işləyirlər. Nazirliyin komitələrarası şurası virusa yoluxanların vəziyyəti haqda məlumat verdi və bildirdi ki, hazırda karantinada 179 nəfər var.

Şuranın iclasında bir daha qeyd edilib ki, panikaya düşmək əsassızdır. Gürcüstan hökuməti beynəlxalq səhiyyə təşkilatları ilə aktiv əməkdaşlıq edir və prosesi tamamilə idarə edir” – yayılan məlumatda bildirilib.