Vahid Milli İmtahanlara qeydiyyat başladı

02.03.2020 300 | ავტორი: Tozu Gulmamedova

2020-ci ilin Vahid Milli İmtahanlara qeydiyyat başladı. Bunu Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin rəhbəri Sophio Qorqodze brifinqdə deyib.

Qeydiyyat 30 mart saat 18-dək davam edəcək.

Abituriyentlər online.naec.ge saytından qeydiyyatdan keçə bilərlər.

Onun sözlərinə görə, qeydiyyat bir neçə mərhələdən ibarət olacaq, lakin Qorqodzenin qeyd etdiyi kimi, tələbə birinci mərhələdən keçməsə, imtahanda iştirak edə bilməyəcək.

Qeydiyyatın ilk mərhələsində abituriyent şəxsi məlumatları daxil etməli, imtahanı keçəcəyi şəhəri seçməli, imtahan verməli oldiğu fənləri seçməlidir. Fənləri dəyişdirmək və əlavə etmək 7 may 18: 00-a qədər mümkündür. Apelasiya nəticələri elan olunduqdan sonrakı günə qədər təhsil ocaqları siyahısında dəyişiklik edə bilərlər.