Gürcüstan ərazisində fövqaladə hal periodunda hökumət qərarıyla təyin olunan məhdudiyyətlər

25.03.2020 697 | ავტორი: Tozu Gulmamedova

Gürcüstan ərazisində fövqaladə hal periodunda hökumət qərarıyla təyin olunan məhdudiyyətlər

Nəqliyyat hərəkəti məhdudlaşdırılır:

Fövqaladə hal bitənədək hər cür beynəlxalq səyahət hərəkəti: hava, torpaq və dəniz yoluyla məhdudlaşdırılır. Qatar reysləri dayandırılıb yalnız yük nəqliyyatı həyata keçirilir.

Şəhərlərarası marşrut və avtobusla səyahət qadağan edilir. Sərnişinləri daşıyan daxili hava reysləri dayandırılır. 

Özünüidarəetmə şəhərləri və muniçipalitetin administrativ mərkəzi sərhədlərində daxili yerdəyişmə – marşrut və avtobuslarla yerdəyişmə dayandırılıb. Qeyd edilən məhdudiyyət muniçipalitet mərkəzindən kəndləri arasında sərnişin daşımağa aid deyil.

Təhsil müəssisələrində tədris prosesi 21 aprelədək dayandırılıb: 

Uyğun texniki resurs olduğu halda, ümumtəhsil Və ali təhsil müəssisələrində uzaqdan təhsil mümkündür.

Tədris və elmi-tədqiqat müəssisələrin idarələri, əgər onların hansısa məkanda olmaqları kritik vacib deyilsə  21 aprelədək məsafəli rejimdə işləməyə məcburdurlar. Hər növ trening, konferensiya və seminar qadağan edildi. Oxşar tədbirlər yalnız məsafəli rejimdə mümkündür. 

İmkanlar daxilində avtorizasiya və akkreditasiya və eyni zamanda peşə hazırlıq qaydalarına uyğun inzibati işləri məsafəli rejimdə həyata keçirilsin. Bu hallarda inzibati işin müddəti fövqaladə hal bitənədək dayandırılmış sayılacaq. 

Bir neçə  tədbirlər məhdudlaşdırılır:

İstənilən növ mədəni tədbir – açıq eyni zamanda qapalı məkanda qadağan edilir. 

Hər tip idman tədbirləri – açıq və ya qapalı məkanda qadağan edilir.

Mədəni və idman tədbirlərinin yalnız məsafəli formasına icazə verilir. 

Toplanış və manifestasiya məhdudlaşdırılır. 

İctimai məkanlarda 10 nəfərdən artıq şəxsin toplanması qadağandır. İctimai məkan açıq və bağlı məkanı nəzərdə tutur, şəxsin yaşayış yerini deyil. 

10 nəfərdən artıq şəxsin toplanmasını nəzərdə tutan istənilən növ sosial tədbir qadağan edilir məsələn toy, yaş mərasimi. 

10-dan artıq şəxsin toplanması yalnız işini davam etdirən iş yerlərində mümkündür. Onlar iş yerində iki.metrlik sosial məsafəni qorumalı və Səhiyyə Nazirliyinin tövsiyyələrini nəzərə almalıdırlar. 

İqtisadi işlər məhdudlaşdırılır. 

Restoran, yemək obyektinin məkanda işləməsi qadağan edilir. Qeyd olunan tipli obyektər yalnız çatdırılma xidməti şərtilə işləyə bilər. 

Klub, əyləncə, dincəlmək məkanları, kinoteatr, idman obyektləri, gözəllik salonlarının işi dayandırıldı. 

Qumar və şans oyunları xidməti qadağandır. Qeyd olunan oyunlar yalnız elektron formada mümkündür. 

Qida istehsal obyekti qidanın istənilən emalı zamanı temperatura rejiminə əməl etməyə borcludurlar; İşçilər baş örtüyü, əlcək və maskadan istifadə etməlidir; Onlar əllərini tez-tez sabunla yumalıdırlar; Birdəfəlik dəsmalla əllərini quruladıqdan sonra ən 70 faizlik spirt tərkibli və dezinfeksiya məhsulunu əllərinə çəkməlidirlər. 

Qida istehsalçısı obyektlər qidaya toxunan hər əşya, aparat, səthi  təmizlik vasitələrinin icazə verilən maksimal konsentrasiyası ilə tez-tez yumalı və dezinfeksiya etməlidir; 

Qida istehsalçıları obyektlər isə başlamadan əvvəl işçinin sağlamlıq vəziyyətini yoxlamalıdır. İstənilən növ qida istehsalı zamanı temperatur rejimi qorunmalıdır;

Çatdırılma xidmətini həyata keçirən obyektlər məhsulu birdəfəlik qablara yerləşdirməyə, əgər yerləsdirmirlərsə də hər istifadən sonra təmiz yumalı və dezinfeksiya etməlidilər; məhsulun daşınması zamanı uyğun temperatur rejimini qorumalıdırlar. İşçilər maska və əlcəklə təmin olunmalıdır; 

Pərakəndə və topdan alver obyektləri işçilərini maska və əlcəklə təmin etməyə; tez-tez təmizlik və dezinfeksiya işləri aparmağa və müştərilər arasında sosial məsafəyi, ən az iki metr kontrol etməyə məcburdurlar. 

Şəxsi mülklər əlaqəli məhdudiyyətlər qoyulur:

Gürcüstanın İqtisadi və Davamlı İnkişaf Nazirliyinin ilk tələbiylə hüquqi və fiziki şəxslər  Gürcüstan vətəndaşını Gürcüstana gətirməyə və yükdaşıma məqsədiylə xüsusi uçuşlar həyata keçirməyə məcburdurlar; 

Müvafiq şəxsləri karantina zonasina, yükləri isə təyin olunan yerə aparmalıdırlar. 

Mehmanxana və ya oxşar vasitələr müvafiq xidmətlərlə karantinada vətəndaşların yerləşdirilməsi və onlar üçün uyğun şərtləri yaratmalıdırlar. 

İctimai xidmətləri qəbul etməyə məhdudiyyətlər qoyulur;

Binaların təmiri dayandırılıb və ya təxirə salınır;

İnzibati şikayət ərizəsi daxil etmə və müzakirə müddətləri dayandırılır;

Notariusun işləməsinin fərqli qaydası formalaşacaq. 

Nəzərə alın və paylaşın!