İormuğanlı bazarı bu həftə işləməyəcək

27.04.2020 840 | ავტორი: Tozu Gulmamedova

İormuğanlı bazarı bu həftə işləməyəcək. Bu haqda bazarın rəhbəri məlumat verir. Mübariz Hüseyinov bildirir ki, mövcud vəziyyətdə bazara gələn hər kəsin əlcək və maska istifadə etməsi məcburidir. Amma bizim bunu təmin etməyə lazımi resursumuz yoxdur, normalara uymadığımız təqdirdə isə bazar rəhbərliyi cərimələnə bilər. Həm vətəndaşlarımızı həm də özümüzü təhlükəyə atmamaq üçün bir müddət daha bazarın işləməməsinə qərar verdik.