Marneulidə 15 yaşlı qızı azadlıqdan məhrum etdiyinə görə 3 nəfər saxlanılıb

30.07.2020 503 | ავტორი: Tozu Gulmamedova

Daxili İşlər Nazirliyinin Kvemo Kartlı Polis Departamentinin Marneuli Rayon İdarəsi əməkdaşları keçirilən operativ-axtarış və istintaq nəticəsində, Marneuli Muniçipalitetində 3 şəxsi saxladılar. Hakimin qərarı əsasında saxlanılan 1995 təvəllüdlü A.O azyaşlını qrup şəklində qanunsuz azadlıqdan məhrum etmək təqsirləndirilir.
Bu 7 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilməyi nəzərdə tutur.

İstintaq nəticəsində məlum oldu ki, Marneuli Muniçipalitetinin kəndində yaşayan 2005 təvəllüdlü F.A-nı evlənmək məqsədilə, əvvəlcədən razılaşmayla azadlıqdan məhrum edilib və A.O qohumunun evində azyaşlıya təcavüz edib.

Hüquq-mühafizə orqanı əməkdaşları, keçirilən axtarış və istintaq nəticəsində 3 təqsirkarı, istintaq başladıqdan iki gün sonra tapıb.

İstintaq Gürcüstanın cinayət məcəlləsinin 143-cü maddəsinin üçüncü hissəsinin “a” və “d” bəndi və 137-cu maddənin 4-cü hissəsinin “q” bəndi ilə davam edir. Bu əvvəlcədən razılaşaraq, qrup şəklində azyaşlını qanunsuz azadlıqdan məhrum etmək və azyaşlıya təcavüz etməyi nəzərdə tutur.

Azyaşlınının hüquqlarını Sapari təşkilatınin advokatı qoruyur.