“Vahid Milli Hərakat” və “Güc Birlikdədir” baş nazir namizədi kimi Saakaşvilini təqdim edirlər

07.09.2020 150 | ავტორი: Tozu Gulmamedova

„ Vahid Milli Hərakat” və “Güc Birlikdədir” birliyinə daxil olan partiyalar baş nazir namizədi  kimi Gürcüstanın keçmiş  prezidenti Mixeil Saakaşilini təqdim etdi, – bu haqda “Vahid Milli Hərakatın” sədri Qriqol Vaşadze bildirdi.

Onun dediyinə görə, qeyd edilən qərarı partiyalar birlikdə qəbul ediblər.

“Vahid Milli Hərakatın” siyasi şura və birləşmiş müxalifət “Güc Birlikdədirə” daxil olan bütün partiyalar birlikdə qərar qəbul etdik ki, Gürcüstanın üçüncü prezdenti Mixeil Saakaşvilini baş nazir namizədi kimi təqdim edək.  Bu qərarı düzgün analiz edilməsi və əhəmiyyətinin yaxşı başa düşülməsi üçün nəzərinizə çatdırmaq  istəyirəm ki, 2003-cü ildə  dövlət Mixeil Saakaşviliyə  tapşırıldı. Biz telefon kodu və poçt ünvanından başqa bir şeyi qalmamış Gürcüstandan danışırıq.  Mixeil Saakaşvilinin  resursunun istifadəsi bizim dövlət üçün mütləqdir”, – Vaşadze bildirdi.

Vaşadze bildirdi ki, Gürcüstanın  bu gün problemləri  həll etmə vasitələri,  Mixeil Saakşavilinin inzibati rəhbərliyi zamanı yaradıldı.

“Bayraq, gerb, himn, rüşvət almayan polis, ordu, effektiv institular, 4 dəfə böyüydülmüş iqtisadiyyat, 11 dəfə   böyüdülmüş iqtisadiyyat, təhlükəszilik, öhdəsindən gəlinmiş kriminal, korupsiyanın demək olarki yox olması, bunların hamısına o illərdə nail olundu”,- Vaşadze bildirdi.