” Dövlət iribuynuzlu heyvana vaksin vurduqdan sonra mal-qara tələf olmağa başladı”

08.09.2020 311 | ავტორი: Tozu Gulmamedova

Qaraçöpü fermer Qahir Mamedov bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri təxmini 1-2 sentyabrda iribuynuzlu heyvana vaksin iynəsi vurulduqdan sonra mal-qarası tələf olmağa başlayıb.

– “İynə vuranlar getdikdən sonra mal-qaranın vəziyyəti pisləşdi. Hazırda iki mal ölüb, birinin vəziyyəti ağırdır, digərləri də nasazdır.

 

Mənim bildiyimə görə digər binələrdə də olub oxşar hallar amma dəqiq bilmirəm. İynə vuran şəxslə əlaqə saxladım mən rayona göndərdi, onlar da başqa yerə nəticədə səsimi kimsəyə çatdıra bilmədim. 112-yə zəng etdim, polis əməkdaşları gəldi, onlar deyir məhkəməyə müraciət etməlisən” .