Məktəblərdə elektron jurnal istifadə edilməyə başlayacaq

09.09.2020 96 | ავტორი: Tozu Gulmamedova

2020-2021-ci ilin tədris prosesində, ümumi təhsil müəssisələrində elektron jurnalı istifadəyə veriləcək.

Müvafiq dəyişiklik ” Gürcüstanın ümumitəhsil müəssisələrində şagirdin dərsə davamiyyət jurnalı forması təsdiqlənməsi haqqında”  Gürcüstanın Təhsil və Elm nazirinin 2013-cu ilin 22 avqust tarixində qəbul etdiyi 114 nömrəli qərarında edilib.

Qərarda qeyd edilib ki, ,, Əgər məktəb müəlliminin müvafiq texnikası (məsələn kompyuteri\interneti) yoxdursa, məktəb gündəlik jurnal yazmağa davam edir və həftənin sonunda müəllimlər davamiyyət və qiymətlər haqqında məlumatı elektron jurnala daxil etməlidirlər, bunun üçün isə məktəbin resursalrından (komyuter və ya internet) istifadə etməlidirlər“.

Bu müddətdə jurnal və elektro jurnalında mövcüd məlumatlar üst-üstə düşmürsə, üstünlük jurnaldakı məlumatlara veriləcək. Bundan başqa növbəti tədris ilindən etibarən məktəb jurnalı tamailə ləğv olunacaq və onu elektron jurnal əvəz edəcək.

“2021-2022 tədris ilində Gürcüstanın ümumitəhsil müəssəsələrində elektron jurnalın istifadəsi məcburi olacaq və jurnal istifadəsi qadağan ediləcək“, – qərarda qeyd olunub.