Peyman Hacıyev Bellato və UFC təşkilatları ilə müqavilə imzaladı

09.09.2020 204 | ავტორი: Tozu Gulmamedova

Qaraçöplü idmançı Peyman Hacıyev Avropanın Bellato və UFC təşkilatı ilə müqavilə imzaladı. Peyman Hacıyev bildirir ki, bu müqavilə onun kariyerası üçün çox böyük addımdır.

,, Artıq ölkəmizi və Qaraçöpü dünyada səviyyəli təşkilatlarda təmsil edəcəm. İki il ərzində mən bu təşkilatla əməkdaşlıq edəcəm, onların təşkil etdiyi yarışlarda iştirak edəcəm“, – Peyman Hacıyev bildirir.

Peyman hacıyevin məşqçisi İbrahim Məmmədov deyir ki, müqavilə imzalandıqdan sonra onların məsuliyyətləridə artır.

“Bu hər idmançının illərdir gözlədiyi bir müqavilədir. Bundan sonra hər səkkiz ayda dünyanın ən böyük təşkilatlarında döyüşmək təklifi ala bilərik. Amma bunula yanaşı işimiz dah da çətinləşəcək, artıq idmançımız xüsusi qidalar qəbul etməlidir, yüksək səviyyəli idman zalında məşq etməli, döyüşlərə hazırlanmalıdır. Bunun üçün isə bizə böyük maddi dəstək lazımdır. Ümid edirəm xalqımız bu yolda bizə dəstək olar“, – İbrahim Məmmədov bildirir.