Ləmbəli və Düzəyrəm uşaq bağçalarının hansı problemləri var?

09.09.2020 98 | ავტორი: Tozu Gulmamedova

Gürücstanda uşaq bağçaları oktyabrda işləməyə başlayır.

Saqarcenonun  Məktəbəqədər Müəssisələr Birliyinin direktoru Elza Gilashvili, əsasən uşaq bağçaların ayaq yolunu düzəltməyə başladıqlarını söyləyir. Tənzimləmə fəaliyyətləri menecerlərlə planlaşdırıldı.
Bəzi bağçalar bizimlə əməkdaşlıq etməkdən çəkinirlər. Bəzi yerlərdə otaq sayı azdır, bəzi yerlərdə otağın sahəsi azdır, lakin bu qaydalara uyğunlaşdırmağa çalışırıq.

„Biz əsasən ayaq yollarını düzəltməyə başlamışıq. Menecerlərlə tənzimləmələri planlaşdırdıq, biz əlimizdən gəldiyi qədəriylə maksimum sayda uşaqları qəbul etməyə çalşacağıq. Tənzimləmərin tələblərini yerinə yetirmək üçün əlimizdən gələni edirik“.

Elza Gilaşvili bildirir ki, ən çətin vəziyyət Ləmbəli uşaq bağçasındadır, çünki orada ayaq yolları təmirli deyil  və pandemiya şərtlərində 30 uşaq üçün 2 otaq kifayət deyil. Düzəyrəm  bağçasında isə tibb bacısı otağı yoxdur, tikmək lazımdır.

„Ən çətin vəziyyət Ləmbəli uşaq bağçasındadır, çünki burada ayaq yolu təmir olunmalıdır. Bu inzibatı aparatın binasıdır, burada müxtəlif orqanlar var və bağça üçün kiçik otaq ayrılıb. bağça 30 uşaq üçün nəzərdə tutulub və iki növbədə işləyir, bu məktəbə hazırlıq qrupudur. Amma buna baxmayaraq, uşaqlar arasında məsafənin qorunmasında çətinlik çəkəcəyik. Mer ilə görüşməliyəm, çıxış yolu tapmalıyıq“.

Başqa bir problem isə uşaqları bağçaya aparmaq və gətirmək mövzüsdur. Binaya valideyinlərin giriş-çıxışı qadağan edilir, bu sahədə bağça əməkdaşlarına böyük iş düşür. O, bildirir ki, valideyinlər bağça meneceri və əməkdaşlarının təyin etdiyi qrafikə mütləq uymalıdır.