Gurcaanidə koronavirusa yoluxma halı qeydə alınıb

10.09.2020 178 | ავტორი: Tozu Gulmamedova

Gurcaani Muniçipalitetinin kəndlərinin birində koronavirusa yoluxma halı qeydə alındı.

Orta yaşlı qadın Gurcaaninin Geohospital klinikasına bir neçə gün öncə yüksək temperatura görə müraciət edib.

Bu vaxtadək qeyd olunan xəstəxanadadır və xüsusi qayda ilə Tbilisiyə keçirilməsi planlanılır. 

Tibb işçiləri bildirir ki, xəstənin sağlamlıq vəziyyəti bu etapda normaldır.